
Açılan tavan sistemi bina və ya hər hansı tikili içərisinə gün istiliyini limitləyərək və günəşin artıq parlaqlığını ayıraraq rahat bir iş və yaşayış mühiti yaranmasına imkan verir.
Açılan tavan və divar sistemləri kondisioner istifadə olunan şəraitdə soyutma üçün sərf olunan elektrik xərclərinə qənaət etmənizə yardım edir.
Həmçinin açılan tavan və divar sistemləri hər cür xoşagəlməz hava şərtlərinə davamlı şəkildə dizayn edilmiş və müxtəlif hava şəraitində dəfələrlə çətin sınaqlardan keçirilmişdir. Aluminium daşıyıcı və çərçivələr şiddətli fırtınalarda, dolu yağışlarda və sərt qar yükünə davam gətirərək sıradan çıxmır. Həmçinin qurduğumuz sistemlər uzun illər boyu öz möhkəmliyini, özəlliklərini və funksiyalarını itirmədən sizi qorumağa davam edir.
Uzaqdan idarə olunan bu sistemləri müxtəlif müasir kafelərdə, restoranlarda, otellərdə və qış baxçalarında rahatlıqla istifadə edə bilərsiniz.