
Aluminium məhəccərlər pilləkənlərə, balkonlara, terraslara, bina girişlərinə, baxçalara, hovuz kənarlarına və tikilinin bir çox yerlərinə təhlükəsizlik və xoş görünüş bəxş etmək üçün edilən dekorasiyadır.
Məhəccərlərin müxtəlif növləri var. Lakin ən çox tövsiyyə olunanı məhz aluminium məhəccərdir. Yüngül çəki və uzunömürlülük lazım olan sahələrdə, xüsusən də inşaat sektorunda aluminium materialından geniş istifadə olunur. Aluminium məhəccərlər də bu özəlliyinə görə digər məhəccərlər arasında daha əlverişli hesab olunur.
Paslanmaz məhəccərlər
Bu gün demək olar ki, hər yerdə paslanmaz metaldan hazırlanmış müxtəlif məhsullara rast gəlirik. Paslanmaz metal - Yaşadığınız binadakı balkon məhəccərlərindən, pilləkar məhəccərlərindən, cam balkon məhəccərlərindən tutmuş, uşaqlarımızın təhsil aldığı müəssisələrə, səhiyyə ocaqlarına, alış-veriş mərkəzlərinə, avtobus dayanacaqlarına qədər hər yerdə mövcud olan materialdır.
Pleksi (büllur) məhəccər
Pleksi - Rəngli və rəngsiz növləri olan plastik şüşədir. Şəffaf və yarı-şəffaf ola bilər. Asan işlənilə bilən, rahat kəsim, deşilmə özəlliyinə sahibdir və yüngül çəkisi vardır. 90°c - 115°c arası istilikdə yumşalır və qəliblərinə tökülərək istənilən forma verilə bilir. Şüşədən 6 qat daha dözümlü və yüngüldür. Rahat istifadə özəlliyi, gözəl xarici görünüşə sahib olması və fərqli dizaynlarına görə hər yerdə rahatlıqla istifadə olunur.